Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub

Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun ilə görüşüb.
Xarici siyasət
8 May , 2024 15:37
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub

Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev və İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun arasında görüş olub.

"Report" xəbər verir ki, bu barədə Aliza Bin-Nun "X" hesabında paylaşım edib.

"Azərbaycan XİN-də xarici işlər nazirinin müavini Fariz Rzayev ilə səmərəli nazirliklərarası məsləhətləşmələr apardıq. Güclü ikitərəfli əlaqələrimiz diqqətlə təhlil edildi və onların davamlı inkişafı üçün yollar axtarıldı. Bundan əlavə, biz Yaxın Şərq və Qafqazda inkişaf edən dinamikaya toxunduq. Səmimi qəbula və zəngin fikir mübadiləsinə görə minnətdarıq",- o qeyd edib.

Son xəbərlər

Orphus sistemi