Azərbaycan və İordaniya korrupsiya ilə mübarizədə əməkdaşlığı müzakirə edib

Azərbaycan və İordaniya korrupsiya ilə mübarizədə əməkdaşlığı müzakirə edib Səfir Sabir Ağabəyov İordaniyanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirib
Xarici siyasət
30 Dekabr , 2014 20:04
Azərbaycan və İordaniya korrupsiya ilə mübarizədə əməkdaşlığı müzakirə edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov bu ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirib.

"Report" İordaniyanın "Petra" informasiya agentliyinə istinadən xəbər verir ki, İordaniya parlamentinin aşağı palatasının sədr müavini Əhməd Safadi ilə görüş zamanı Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun İordaniya parlamentinin sədri Atef Taraunexuya yenidən bu vəzifəyə seçilməsi ilə bağlı təbriklərini çatdırıb. 

Tərəflər həmçinin ikitərəfli parlament münasibətlərinin inkişafını müzakirə ediblər. 

Bundan başqa, S.Ağabəyov İordaniyanın Korrupsiya əleyhinə Komissiyasının rəhbəri Samih Bino ilə görüşüb. Görüşdə tərəflər korrupsiya ilə mübarizədə əməkdaşlığı müzakirə ediblər. 

Samih Binonun sözlərinə görə, onun rəhbərlik etdiyi təşkilat regional və beynəlxalq əməkdaşlığı genişləndirmək, korrupsiya ilə mübarizə sahəsində təcrübə mübadiləsi aparmaq niyyətindədir. 

Səfir Azərbaycanda bənzər strukturun fəaliyyəti haqqında danışıb. Diplomat həmçinin Azərbaycan və İordaniya arasında bütün sahələrdə münasibətlərin inkişaf etməsindən məmnunluğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi