​Azərbaycan və Gürcüstanın DİN başçıları hər il görüşmək barədə razılığa gəliblər

​Azərbaycan və Gürcüstanın DİN başçıları hər il görüşmək barədə razılığa gəliblər İlk görüş bu ilin yayında Gürcüstanda keçiriləcək
Xarici siyasət
23 May , 2016 15:53
​Azərbaycan və Gürcüstanın DİN başçıları hər il görüşmək barədə razılığa gəliblər

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan və Gürcüstanın daxili işlər nazirləri arasında görüş keçiriləcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycan daxili işlər naziri Ramil Usubovla Gürcüstan daxili işlər nazirinin birinci müavini Besik Amiranaşvili arasında Bakıda keçirilən görüşdə razılıq əldə edilib.

Məlumata görə, ilk görüş bu ilin iyununda Gürcüstanda keçiriləcək. Tədbirin rotasiya prinsipi ilə hər il keçirilməsi nəzərdə tutulub. Görüşdə cinayətkarlığa, o cümlədən sərhədyanı ərazidə törədilən cinayətlərə qarşı birgə mübarizə məsələləri müzakirə ediləcək.

Besik Amiranaşvili daxili işlər nazirinin birinci müavini Vilayət Eyuvazovla da təkbətək görüşüb. 

Son xəbərlər

Orphus sistemi