Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanın
Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, itkin düşmüş balıqçılarlarla əlaqədar Azərbaycanın İrandakı səfirliyi bu ölkənin XİN-nə müraciət edib.
"XİN-in təlimatı əsasında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi itkin düşmüş balıqçılarla əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Məsələ səfirliyin nəzarətindədir", - H.Hacıyev bildirib.
Qeyd edək ki, ötən həftə Neftçaladan balıq tutmaq üçün Xəzər dənizinə çıxmış 4 balıqçı itkin düşüb. Sonradan onların İranın müvafiq orqanları tərəfindən Xəzərdə tutularaq bu ölkəyə aparıldığı barədə xəbərlər yayılıb.