Azərbaycan səfiri Koreya parlamentinin üzvləri ilə görüşüb

Azərbaycan səfiri Koreya parlamentinin üzvləri ilə görüşüb Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb
Xarici siyasət
23 May , 2016 20:16
Azərbaycan səfiri Koreya parlamentinin üzvləri ilə görüşüb

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov bu ölkənin Milli Assambleyasındakı (parlament) Koreya-Azərbaycan Dostluq Qrupunun sədri Hvan Yonq-çul və Milli Assambleyanın üzvü Yuu Qi-cun ilə görüşlər keçirib.

Bu barədə "Report"a Azərbaycanın Koreyadakı səfirliyindən bildiriblər.

Məlumata görə, görüşlərdə Azərbaycanla Koreya arasında ikitərəfli əlaqələr müzakirə edilib. Eyni zamanda, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi