Yuxarı

Azərbaycan səfiri Koreya parlamentinin üzvləri ilə görüşüb

Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov bu ölkənin Milli Assambleyasındakı (parlament) Koreya-Azərbaycan Dostluq Qrupunun sədri Hvan Yonq-çul və Milli Assambleyanın üzvü Yuu Qi-cun ilə görüşlər keçirib.

Bu barədə "Report"a Azərbaycanın Koreyadakı səfirliyindən bildiriblər.

Məlumata görə, görüşlərdə Azərbaycanla Koreya arasında ikitərəfli əlaqələr müzakirə edilib. Eyni zamanda, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi