Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri martın 5-də başa çatıb.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.