Azərbaycan Prezidenti Əfqanıstanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Əfqanıstanın dövlət başçısını təbrik edib "Əminəm ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək"
Xarici siyasət
18 Avqust , 2016 18:01
Azərbaycan Prezidenti Əfqanıstanın dövlət başçısını təbrik edib

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi