Azərbaycan prezidenti Çex Respublikasının prezidentinə təbrik məktubu göndərib

Azərbaycan prezidenti Çex Respublikasının prezidentinə təbrik məktubu göndərib “Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm”
Xarici siyasət
27 Oktyabr , 2014 18:38
Azərbaycan prezidenti Çex Respublikasının prezidentinə təbrik məktubu göndərib
Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Çex Respublikasının prezidenti Miloş Zemana təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik məktubunda deyilir:

“Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Son xəbərlər

Orphus sistemi