Azərbaycan Milli Məclisinin sədri Çexiyaya səfər edəcək

Azərbaycan Milli Məclisinin sədri Çexiyaya səfər edəcək Spiker Oqtay Əsədovun Çexiya prezidenti, Deputatlar Palatasının və Senatın sədri ilə görüşləri nəzərdə tutulub
Xarici siyasət
3 Dekabr , 2014 20:02
Azərbaycan Milli Məclisinin sədri Çexiyaya səfər edəcək
Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti dekabrın 4-dən 6-dək Çexiya Respublikasında rəsmi səfərdə olacaq. Bu barədə MM-dən "Report"a məlumat verilib.  

Məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Malik Həsənov, Çingiz Əsədullayev, Mahir Aslanov, Sədaqət Vəliyeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Azərbaycan millət vəkilləri səfər zamanı Serbiyanın Deputatlar Palatasında və Senatda olacaq, Çexiyanın qanunverici orqanlarının fəaliyyəti ilə yaxından tanış olacaq, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun Çexiya prezidenti Miloş Zeman, Deputatlar Palatasının sədri Yan Hamaçek, Senatın sədri Milan Ştex və Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşləri nəzərdə tutulub.

Bu görüşlərdə parlamentlərarası münasibətlərin bu günü və gələcək inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında danışıqlar aparılacaq. 

Son xəbərlər

Orphus sistemi