Azərbaycan Milli Məclisinin bir qrup deputatı Şimali Kiprdə səfərdədir

Azərbaycan Milli Məclisinin bir qrup deputatı Şimali Kiprdə səfərdədir Onlar Şimali Kiprdə keçirilən Türk Dünyası birinci Gənclər Forumunun açılışında iştirak ediblər
Xarici siyasət
18 Oktyabr , 2016 13:47
Azərbaycan Milli Məclisinin bir qrup deputatı Şimali Kiprdə səfərdədir

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bir qrup deputatı Şimali Kipr Türk Respublikasında səfərdədir.

"Report" xəbər verir ki, nümayəndə heyətinə deputatlar Elman Nəsirov, Sevinc Hüseynova, Mahir Abbaszadə və Naqif Həmzəyev daxildir.

Onlar Şimali Kiprdə keçirilən Türk Dünyası birinci Gənclər Forumunun açılışında iştirak ediblər.

Milli Məclisin deputatları səfər çərçivəsində Şimali Kiprin "ADA" televiziyasının canlı efirinin qonağı olublar. Onlar son illərdə Azərbaycanın əldə etdiyi uğurları diqqətə çatdırıblar.

Azərbaycanlı deputatlar daha sonra Şimali Kipr Türk Respublikasının təsərrüfat və nəqliyyat naziri Kemal Durustlə göruşüblər. Eyni zamanda, Girne Amerikan Universitetinin sahibi Serhat Akpınarla birlikdə universitetlə yaxından tanış olublar.

Son xəbərlər

Orphus sistemi