​Azərbaycan, Gürcüstan və Türkiyənin XİN başçıları Tbilisidə görüşəcək

​Azərbaycan, Gürcüstan və Türkiyənin XİN başçıları Tbilisidə görüşəcək Görüş 21-22 dekabr tarixlərində nəzərdə tutulub
Xarici siyasət
13 Dekabr , 2015 18:26
​Azərbaycan, Gürcüstan və Türkiyənin XİN başçıları Tbilisidə görüşəcək

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü dekabrın 21-22-də Tbilisidə keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri Giorgi Kvirikaşvili jurnalistlərə müsahibəsində xəbər verib.

O görüşdə üç ölkə arasında əlaqələrin hərtərəfli inkişaf perspektivlərinin, eləcə də son günlər üçün ən aktual olan məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu bildirib.

“Üçtərəfli görüşdə ilk növbədə üç ölkə arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bununla yanaşı, biz, Bakı-Tiflis-Qars dəmir yolu tikintisinin vəziyyəti və "İpək Yolu" layihəsi üzrə əməkdaşlıq çərçivəsində digər nəqliyyat – logistika layihələrini də nəzərdən keçirəcəyik”.

Son xəbərlər

Orphus sistemi