Yuxarı

​Azərbaycan, Gürcüstan və Türkiyənin XİN başçıları Tbilisidə görüşəcək

Görüş 21-22 dekabr tarixlərində nəzərdə tutulub

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü dekabrın 21-22-də Tbilisidə keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri Giorgi Kvirikaşvili jurnalistlərə müsahibəsində xəbər verib.

O görüşdə üç ölkə arasında əlaqələrin hərtərəfli inkişaf perspektivlərinin, eləcə də son günlər üçün ən aktual olan məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu bildirib.

“Üçtərəfli görüşdə ilk növbədə üç ölkə arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bununla yanaşı, biz, Bakı-Tiflis-Qars dəmir yolu tikintisinin vəziyyəti və "İpək Yolu" layihəsi üzrə əməkdaşlıq çərçivəsində digər nəqliyyat – logistika layihələrini də nəzərdən keçirəcəyik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi