Azərbaycan Baş Prokurorluğu ilə Rusiya İstintaq Komitəsi arasında əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan Baş Prokurorluğu ilə Rusiya İstintaq Komitəsi arasında əməkdaşlığa dair saziş imzalanıb "Saziş iki ölkə hüquq mühafiə orqanları arasındaki əməkdaşlığın yeni - strareji müstəviyə keçməsinə şərait yaradacaq".
Xarici siyasət
15 Oktyabr , 2015 22:57
Azərbaycan Baş Prokurorluğu ilə Rusiya İstintaq Komitəsi arasında əməkdaşlığa dair saziş imzalanıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Rusiya Federasiyasının İstintaq Komitəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlığa dair saziş imzalanıb.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin bildirib ki, bu sənəd komitə sədri Aleksandr Bastrıkinin Bakıya səfəri çərçivəsində müzakirə olunaraq təsdiqlənib.

Markinin sözlərinə görə, saziş iki ölkə hüquq mühafiə orqanları arasındaki əməkdaşlığın yeni - strareji müstəviyə keçməsinə şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi