Bakı. 15 oktyabr. REPORT.AZ/ Rusiya Federasiyasının İstintaq Komitəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlığa dair saziş imzalanıb.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin bildirib ki, bu sənəd komitə sədri Aleksandr Bastrıkinin Bakıya səfəri çərçivəsində müzakirə olunaraq təsdiqlənib.
Markinin sözlərinə görə, saziş iki ölkə hüquq mühafiə orqanları arasındaki əməkdaşlığın yeni - strareji müstəviyə keçməsinə şərait yaradacaq.