Səfər çərçivəsində sentyabr ayının 8-də G.Ottingerin Ukraynanın energetika naziri Yuri Prodan ilə görüşü baş tutacaq.
Bu görüşdən sonra qaz məsələsi ilə bağlı Aİ-Rusiya-Ukrayna formatında növbəti görüşün tarixi və keçiriləcəyi yerin razılaşdırılması gözlənilir. Bu görüşün sentyabr ayının ortalarında keçirilməsi ehtimalı olunur.
Üçtərəfli görüşün keçirilməsinin nəzərdə tutulan müddəti bir neçə dəfə ertələnib. Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Rusiya və Ukrayna qaz üzrə üçtərəfli görüşü sentyabr ayının 6-da keçirməyə hazırdırlar, lakin Avropa Komissiyasının razılığını gözləyirlər.