​ATƏT PA-nın payız sessiyası Monqolustanda keçiriləcək

​ATƏT PA-nın payız sessiyası Monqolustanda keçiriləcək Tədbirdə 57 dövlətin parlament təmsilçilərinin iştirakı planlaşdırılıb
Xarici siyasət
2 Sentyabr , 2015 09:58
​ATƏT PA-nın payız sessiyası Monqolustanda keçiriləcək

Bakı. 2 sentyabr. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının (PA) sessiyası sentyabrın 15-18-də Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək.

"Report"un xəbərinə görə, bu haqda ATƏT PA-nın saytında məlumat verilib.

Sessiya "ATƏT-in ərazisində və ondan kənarda təhlükəsizlik problemlərinin həlli: regional əməkdaşlıqda parlamentlərin rolunun gücləndirilməsi" mövzusu altında keçiriləcək.

Sessiya çərçivəsində "Mərkəzi Asiya" adlı dəyirmi masanın keçirilməsi gözlənilir.

Tədbirdə 57 dövlətin parlament təmsilçilərinin iştirakı planlaşdırılıb.

ATƏT PA-nın iclası Monqolustanda ilk dəfədir ki, keçiriləcək.

Qeyd edək ki, Assambleya  iyulun 5-9-da Finlandiyanın paytaxtı Helsinkidə keçirilən yay sessiyasında Ukraynada yaranmış vəziyyəti müzakirə edib və Rusiyanı qınayan qətnamə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi