ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər edəcəklər Vasitəçilər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün yekunu üzrə birgə bəyanat yayıblar
Xarici siyasət
22 Sentyabr , 2016 23:22
ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər edəcəklər

Bakı. 22 sentyabr. REPORT.AZ/ ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər edəcəklər.

"Report" xəbər verir ki, bu barədə vasitəçilərin Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yekunu üzrə yaydıqları birgə bəyanatda bildirilir.

"Görüş zamanı biz Vyana (2016-cı il may) və Sankt-Peterburq (iyun) sammitlərində əldə olunan sazişlərin reallaşdırılmasına xüsusi diqqət ayırdıq. Biz, xüsusilə münaqişənin nizamlanmasına gətirib çıxara biləcək substantiv danışıqlar mühitini yarada biləcək gələcək addımları müzakirə etdik. Bizim ölkələrin hökumətləri uyğun vaxtda prezidentlərin və xarici işlər nazirlərinin növbəti görüşlərini də qəbul etməyə hazırdır", - deyə həmsədrlərin birgə bəyanatında bildirilir.

Son xəbərlər

Orphus sistemi