AŞ-ın xüsusi nümayəndəsi: "Miqrasiya problemləri ilə üz-üzə qalan Azərbaycan bütün bu çağırışlara yüksək səviyyədə cavab verib"

AŞ-ın xüsusi nümayəndəsi: "Miqrasiya problemləri ilə üz-üzə qalan Azərbaycan bütün bu çağırışlara yüksək səviyyədə cavab verib" "Bu gün Avropa çox ciddi miqrasiya böhranı ilə üz-üzədir"
Xarici siyasət
1 Fevral , 2016 11:39
AŞ-ın xüsusi nümayəndəsi: Miqrasiya problemləri ilə üz-üzə qalan Azərbaycan bütün bu çağırışlara yüksək səviyyədə cavab verib

Bakı. 1 fevral. REPORT.AZ/ "Bu gün Avropa çox ciddi miqrasiya böhranı ilə üz-üzədir".

"Report" xəbər verir ki, bunu "Sığınacaq, sərhədlər və immiqrasiya üzrə Avropa qanunvericiliyi" vəsaitinin Azərbaycan dilinə tərcümə edilmiş variantının təqdimatı zamanı Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Draqan Filipoviç deyib.

"Azərbaycan ötən illərdə miqrantlarla bağlı problemlə üzləşib. Hökumət bütün bu çağırışlara yüksək səviyyədə cavab verib", - deyə D.Filipoviç bildirib.

AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi qeyd edib ki, Avropa Şurası Azərbaycanla uğurla əməkdaşlıq edir. Xanım Filipoviç bu gün təqdimatı keçirilən vəsaitin müvafiq sahədə çalışan strukturlara böyük köməklik göstərəcyinə əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi