Apreldə Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Apreldə Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının iclası keçiriləcək Görüşdə Azərbaycan və Hindistan arasında siyasi və iqtisadi məsələlər geniş şəkildə müzakirə ediləcək
Xarici siyasət
21 Yanvar , 2016 13:36
Apreldə Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakı. 21 yanvar. REPORT.AZ/ Ticari-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının 4-cü iclası aprelin 6-7-də Bakıda keçiriləcək. Bu barədə "Report"a Hindistanın Azərbaycandakı səfiri Sancay Rana məlumat verib.

Səfirin sözlərinə görə, görüşdə Azərbaycan və Hindistan arasında siyasi və iqtisadi məsələlər geniş şəkildə müzakirə ediləcək.

Qeyd edək ki, Hindistan tərəfdən komissiyanın həmsədri ticarət və sənaye naziri Nirmala Sitaraman, Azərbaycan tərəfinə isə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi