Antalyada Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşü başlayıb

Antalyada Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşü başlayıb Görüşdə nazirlər üç ölkə arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcək
Xarici siyasət
28 Avqust , 2015 16:10
Antalyada Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşü başlayıb

Bakı. 28 avqust. REPORT.AZ/ Antalya şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşü başlayıb.

"Report" xəbər verir ki, görüşdə xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredov üç ölkə arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcək.

Qeyd edək ki, nazirlərin üçtərəli formatda ilk görüşü 2014-cü il mayın 26-da Bakıda, ikinci görüş 2015-ci il yanvarın 29-da Aşqabadda keçirilib.

Son xəbərlər

Orphus sistemi