Alessandro Bianki: "Azad olunan ərazilərdə dağıntıların miqyası dəhşətlidir"

Alessandro Bianki: "Azad olunan ərazilərdə dağıntıların miqyası dəhşətlidir" "Azad olunan ərazilərdə dağıntıların miqyası dəhşətlidir".
Xarici siyasət
21 Aprel , 2022 12:37
Alessandro Bianki: Azad olunan ərazilərdə dağıntıların miqyası dəhşətlidir

"Azad olunan ərazilərdə dağıntıların miqyası dəhşətlidir".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin müşaviri Alessandro Bianki "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, qorunma və istifadə problemləri" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın işğalı dövründə, təxminən, 10 min kv. km ərazi tamamilə dağıdılıb, tarixi abidələrə ziyan vurulub: "Həmçinin əhali bu ərazilərdən məcburi şəkildə qovulub. Eyni zamanda işğal dövründə əhali həmin ərazilərlə heç bir təmas, əlaqə qura bilməyib. Müharibədən sonra Azərbaycanın qarşısında duran çağırış olduqca mürəkkəbdir. Bu təmir-bərpa yalnız mövcud olanların bərpası demək deyil. Həm də yeni bir məşğulluq proqramının həyata keçirilməsidir. Əhalinin ora qaytarılması da çox çətin prosesdir. Bu, yalniz infrastrukturun bərpası demək deyil. Eyni zamanda yüksək keyfiyyətli şəhərsalma deməkdir. Bu, əvvəlki dönəmdə orada yaşayan əhali ilə bundan sonra yaşayacaq əhali arasındakı boşluğun tamamilə aradan qaldırılması deməkdir".

A.Bianki azad olunan ərazilərdə dağıntıların miqyasının dəhşətli olduğunu vurğulayıb: "Əvvəlki illərdə biz sadəcə bu dəhşəti xüsusi uzaqdan idarətetmə vasitələri ilə müşahidə edirdiksə, bu gün hər şeyi əyani şəkildə görürük".

Son xəbərlər

Orphus sistemi