Adil Kərimli: Mədəni müxtəlifliyi dünya səviyyəsində təşviq etmək istəyirik

Adil Kərimli: Mədəni müxtəlifliyi dünya səviyyəsində təşviq etmək istəyirik Mədəni müxtəlifliyi bütün dünya səviyyəsində təşviq etmək istəyirik.
Xarici siyasət
1 May , 2024 14:53
Adil Kərimli: Mədəni müxtəlifliyi dünya səviyyəsində təşviq etmək istəyirik

Mədəni müxtəlifliyi bütün dünya səviyyəsində təşviq etmək istəyirik.

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda nazirlərin 5-ci görüşündə çıxışı zamanı deyib.

"Biz burada bəşəriyyətin ümumi gələcəyini formalaşdırmağa çalışırıq. BMT və UNESCO tərəfindən bu kimi dialoqların aparılması çox vacibdir. Bu forum çərçivəsində çalışacağıq ki, dünyada gedən prosesləri müzakirə edək. Müxtəlif dinlərə və ənənələrə bağlı olan insanlar tarixən Azərbaycanda sülh şəraitində yaşayıblar. Bu, bizim tariximiz və dəyərlərimizdir", - nazir qeyd edib.

O əlavə edib ki, bu gün müharibələr və qarşıdurmalar kimi təhlükəli məsələlərlə yanaşı, fərqli hədələr də yaranır: "Ona görə dialoqun önəmini hər keçən gün daha çox hiss edirik. Biz mədəniyyəti sərhədləri aşan bir məfhum kimi qəbul edirik. Bütün səylərimizi mədəniyyətin təşviq olunmasına yönəltməliyik. İstəyirik ki, mədəni müxtəlifliyi bütün dünya səviyyəsində təşviq edək. Mədəniyyətlərarası dialoq bizə necə birləşə biləcəyimizi göstərir. Fikrimcə, bununla bağlı əməkdaşlığın heç bir məhdudiyyəti yoxdur".

Son xəbərlər

Orphus sistemi