“Türk dünyasının Turizm Paytaxtı" Şamaxıdan Türkistan şəhərinə keçib

“Türk dünyasının Turizm Paytaxtı" Şamaxıdan Türkistan şəhərinə keçib 26 dekabr tarixində Şamaxıda Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə “Türk dünyasının Turizm Paytaxtı 2023 – Şamaxı”nın bağlanış mərasimi keçirilib.
Turizm
26 Dekabr , 2023 14:29
“Türk dünyasının Turizm Paytaxtı Şamaxıdan Türkistan şəhərinə keçib

Bu gün Şamaxıda Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə “Türk dünyasının Turizm Paytaxtı 2023 – Şamaxı”nın bağlanış mərasimi keçirilib.

"Report"un Agentliyə istinadən verdiyi məlumata görə, tədbirdə TDT-nin üzv dövlətlərindən turizm üzrə məsul qurumların nümayəndələri, Qazaxıstanın Türkistan şəhərinin və Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndə heyətləri iştirak edib.

Bağlanış mərasimində Şamaxı ilə yanaşı 2024-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilmiş Türkistan şəhərinin turizm potensialı tədbir iştirakçılarına təqdim edilib, təbliğat video-çarxları nümayiş etdirilib.

Bağlanış mərasiminin sonunda Qazaxıstanın Türkistan şəhərinin 2024-cü il üçün "Türk dünyasının turizm paytaxtı" seçilməsi ilə əlaqədar simvolik açar Türkistanın nümayəndə heyətinə təqdim edilib.

Xatırladaq ki, 2022-ci ilin 23-24 may tarixlərində Şamaxı şəhərində təşkil edilmiş Türk Dövlətləri Təşkilatının Turizm üzrə Nazirlərinin 7-ci iclasında Şamaxı şəhəri 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilib.

Son xəbərlər

Orphus sistemi