50 min azərbaycanlı bayramı Türkiyədə qeyd edəcək

50 min azərbaycanlı bayramı Türkiyədə qeyd edəcək Novruzu Türkiyədə qeyd edən turistlər arasında azərbaycanlılar çoxluq təşkil edir
Turizm
21 Mart , 2015 11:04
50 min azərbaycanlı bayramı Türkiyədə qeyd edəcək

Bakı. 21 mart. REPORT.AZ/ Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və İrandan cəmi 335 min turist Novruz bayramını Türkiyədə qeyd etmək üçün artıq səfərdədir. Bayramın Türkiyənin turizm sektoruna 200 mln. dollar gəlir gətirəcəyi gözlənilir.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Novruz bayramı çərçivəsində 50 mini Azərbaycan, 50 mini də Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstandan olmaqla 100 min turistin Türkiyədə olacağı proqnozlaşdırılır. Bu barədə məlumat verən Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) sədri Başaran Ulusoy İrandan da Novruzu Türkiyədə qeyd etməyə böyük maraq olduğunu deyib. İranlı turistlərin 2010-cu ildən indiyədək artdığını bildirən Ulusoy "2014-cü ilin martında 230 mindən çox iranlı turistə xidmət etmişik. Bu il də 235 mindən çox turist gözləyirik", - deyə qeyd edib.

Ulusoy Novruzla əlaqədar Türkiyəyə gələn turistlərin əsasən İstanbul və Antalyaya üstünlük verdiyini bildirib. O, həmçinin İrana yaxın olan Van və Ərzuruma da həmin bölgənin sərhədlərindən istifadə edən turistlər tərəfindən böyük maraq olduğunu deyib. Novruzla turizm sektorunun canlandığını deyən Ulusoy xüsusilə Diyarbəkir, Van, Ərzurumda reallaşdırılacaq layihələrlə gəlirin artırılmasını hədəflədiklərini bildirib.

Son xəbərlər

Orphus sistemi