Azərbaycan "National Geographic Traveler Awards 2016" mükafatının liderləri sırasına qoşulub

Azərbaycan "National Geographic Traveler Awards 2016" mükafatının liderləri sırasına qoşulub Ölkəmiz "Müalicəvi istirahət" və "İlin kəşfi" nominasiyaları üzrə öndə gedənlər sırasındadır
Turizm
17 Oktyabr , 2016 15:21
Azərbaycan National Geographic Traveler Awards 2016 mükafatının liderləri sırasına qoşulub

Bakı. 17 oktyabr. REPORT.AZ/ "TurStat" analitik agentliyi "National Geographic Traveler Awards 2016" mükafatının internet-səsverməsinin ilkin nəticələrini açıqlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Azərbaycan "Müalicəvi istirahət" və "İlin kəşfi" nominasiyaları üzrə öndə lider ölkələr sırasındadır.

Eyni zamanda ölkəmiz "Ekskursiyalı istirahət" və "Dağ xizəyi istirahəti" nominasiyaları üzrə də siyahıda yer alıb.

Hazırkı vəziyyətə görə, Rusiya çimərlik, ekskursiyalı, ailəvi, dağ xizəyi və eko istirahət nominasiyalarında liderdir.

"Müalicəvi istirahət" nominasiyasında İsrail, "Ekzotik istirahət" nominasiyasında isə Kuba liderlik edir.

Xatırladaql ki, "National Geographic Traveler Awards 2016" mükafatı üzrə onlayn səsvermə 23 nominasiyada keçirilir və sentyabrın 8-dən başlayan sorğu noyabrın 6-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi