​Robert De Nironun ABŞ hökumətinə 6 mln. dollar borcu yaranıb

​Robert De Nironun ABŞ hökumətinə 6 mln. dollar borcu yaranıb Onun Manhettendəki mənzillərindən birinə həbs qoyula bilər
Şou-biznes
27 Fevral , 2015 05:26
​Robert De Nironun ABŞ hökumətinə 6 mln. dollar borcu yaranıb

Bakı. 27 fevral. REPORT.AZ/ Hollivud aktyoru Robert De Nironun ABŞ-ın vergi xidmətinə 6,4 milyon dollar borcu yaranıb.

"Report" xəbər verir ki, bu barədə Nyu-York KİV-ləri məlumat yayıb.

Məlumata görə, ikiqat "Oskar" mükafatçısına Manhettendəki mənzillərindən birinə həbs qoyula biləcəyinə dair xəbərdarlıq gəlib.

KİV yazır ki, 71 yaşlı De Nironun var-dövləti 200 milyon dollar təşkil edir. Aktyor Nyu-Yorkda bir neçə restoranlar şəbəkəsinə ortaqdır, həmçinin onun Los-Anceles və Londonda daşınmaz əmlakı var.

De-Niro 2014-cü ilin sonunda Makaoda açılan kazino üçün iki günə çəkildiyi reklam çarxına görə 13 milyon dollar qazanıb.

Son xəbərlər

Orphus sistemi