"CinemaPlus"da "Qürur, ön mühakimə və zombi" filminin nümayişinə başlanılıb - VİDEO

"CinemaPlus"da "Qürur, ön mühakimə və zombi" filminin nümayişinə başlanılıb - VİDEO Film Ceyn Ostinin məşhur romanının yeni düşünülmüş versiyasıdır
Şou-biznes
19 Fevral , 2016 14:09
CinemaPlusda Qürur, ön mühakimə və zombi filminin nümayişinə başlanılıb - VİDEO

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da "Qürur, ön mühakimə və zombi" triller filminin nümayişi baş tutub. "Report" xəbər verir ki, Set Qrem-Smitin eyniadlı kitabının əsasında çəkilən film Ceyn Ostinin məşhur "Qürur və ön mühakimə" klassik romanının yeni düşünülmüş versiyasıdır.

Filmdə cərəyan edən bütün hadisələr XVIII əsrin adətləri və intriqaları üzərində qurulub. Kimin kimlə nikahda olması artıq zombi hücumu ilə qarışıb. Elizabet Bennet və onun bacıları İngiltərəni zəbt edən yeriyən ölülərə qarşı müqavimət göstərmirlər. Darsi isə qızların müəllimi rolunda çıxış edir və onlara sağ qalmağın yollarını öyrədir.

Berr Stirsin rejissor və ssenaristi olduğu filmdə baş rolları Lili Ceyms, Lena Hedi, Mett Smit, Duqlas But, Cek Hyuston, Çarlz Dens və başqaları oynayıb.

Qeyd edək ki, "Azadlıq" prospekti,45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və dekabr ayından "CinemaPlus" adlanır.

Son xəbərlər

Orphus sistemi