ABŞ-da naməlum şəxs müğənniyə atəş açıb, sonra özünü öldürüb - YENİLƏNİB

ABŞ-da naməlum şəxs müğənniyə atəş açıb, sonra özünü öldürüb - YENİLƏNİB Müğənni Kristina Qrimmi aldığı yaralardan vəfat edib
Şou-biznes
11 İyun , 2016 11:38
ABŞ-da naməlum şəxs müğənniyə atəş açıb, sonra özünü öldürüb - YENİLƏNİB

Bakı. 11 iyun. REPORT.AZ/ Amerikalı müğənni, "Qolos" layihəsinin iştirakçısı Kristina Qrimmi aldığı yaralardan vəfat edib. 

"Report" xəbər verir ki, bu barədə Orlando polisindən bildiriblər.

***09:49

Bakı. 11 iyun. REPORT.AZ/ Orlandoda (Florida ştatı) bir kişi konsertdən sonra müğənniyə atəş açıb, daha sonra özünü öldürüb. 

Bu barədə "Report" "NBC News"a istinadən xəbər verir. 

Hadisə müğənni Kristina Qrimmi və "Before You Exit " musiqi qrupunun üzvləri konsertdən sonra avtoqraf payladıqları zaman baş verib. 

Kişi Qrimmiyə atəş açdıqdan sonra müğənninin qardaşı onu saxlamaq istəyib, lakin cinayətkar özünü güllələyib və hadisə yerində keçinib. Müğənninin vəziyyəti ağırdır. 

Atəş açanın şəxsiyyəti hələlik müəyyənləşməyib, cinayətin motivləri də məlum deyil.

Son xəbərlər

Orphus sistemi