Rumıniya "Avroviziya-2024"də iştirak etməyəcək

Rumıniya "Avroviziya-2024"də iştirak etməyəcək Rumıniya builki "Avroviziya" mahnı müsabiqəsində iştirak etməyəcək.
Şou-biznes
25 Yanvar , 2024 21:16
Rumıniya Avroviziya-2024də iştirak etməyəcək

Rumıniya builki "Avroviziya" mahnı müsabiqəsində iştirak etməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Televiziyasının İnzibati Şurası məlumat yayıb.

Buna səbəb Rumıniyanın beynəlxalq rəqabətdə daha yüksək standartlara uyğun iştirakını təmin etmək üçün kifayət qədər vəsaitə malik olmaması göstərilir.

Qeyd edilir ki, Rumıniya 1993-cü ildən müsabiqədə iştirak edir. 2016-cı ildə milli televiziyanın Avropa Yayım Birliyinə borcu olduğu üçün ölkəyə müsabiqədə iştiraka icazə verilməyib.

Builki "Avroviziya" müsabiqəsi mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi