“Bruklin Doqquz-Doqquz” serialının aktyoru vəfat edib

“Bruklin Doqquz-Doqquz” serialının aktyoru vəfat edib Amerikalı aktyor Andre Brauer 61 yaşında vəfat edib.
Şou-biznes
13 Dekabr , 2023 07:31
“Bruklin Doqquz-Doqquz” serialının aktyoru vəfat edib

Amerikalı aktyor Andre Brauer 61 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “Variety” jurnalı bildirib.

Məlumata görə, sənətçi dekabrın 11-də uzun çəkməyən xəstəlikdən ölüb. Brauerin ölümünü onun agenti Cennifer Allen təsdiqləyib.

Aktyor “Bruklik Doqquz-Doqquz”, “Doktor Haus” və “Yeni qız” seriallarında, habelə “Duman”, “Solt” və “İbtidai qorxu” filmlərində rol alıb. O, “Qətl: küçədəki həyat” və “Oğru” seriallarındakı iştiraka görə iki dəfə “Emmi” mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi