“Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq

“Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq “Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq
Şou-biznes
17 Yanvar , 2024 16:16
“Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq

“CinemaPlus” kinoteatrlar şəbəkəsində yanvarın 18-dən etibarən avtomobil yarışlarından bəhs edən, İtaliya və Böyük Britaniya istehsalı olan “Böyük yarış. Lancia Audiyə qarşı” filminin nümayişi başlayır.

"Report" xəbər verir ki, ekran əsərinin süjeti real hadisələrdən götürülüb.

Kino 1983-cü ildə Dünya Ralli Çempionatında Audi Quattro və Lancia 037 komandalarının rəqabəti haqqındadır.

Filmin rejissoru Stefano Mordini, baş rollarda Daniel Brül, Rikkardo Skamarço, Folker Bruh, Keti Klarkson-Hill, Yacopo Rampini, Kay Portman və Aksel Galluadır.

Ekran əsəri İtalyan istehsalı olan “Lancia” və Almaniya istehsalı olan “Audi” arasında məşhur qarşıdurma hekayəsindən bəhs edir. Belə ki, dünyanın ən yaxşı pilotları tərəfindən idarə olunan iki konsernin, iki fəlsəfənin və iki əfsanəvi avtomobilin döyüşü ekranlaşdırılıb.

Film 12 ölkədə 20 yolda, yağışlı, qarlı havada, dağ serpantinləri və orta əsr şəhərlərinin dar küçələrində çəkilib. Bunun üçün bütün imkanlardan istifadə olunur - komandaların heç biri geri çəkilməyi düşünmür. Qalib hər şeyi alır, uduzan maşınları yuyur.

Son xəbərlər

Orphus sistemi