​Son beş ildə Azərbaycanda 496 uşağa Ramazan, 344-nə Oruc, 2-nə Əhya adı verilib

​Son beş ildə Azərbaycanda 496 uşağa Ramazan, 344-nə Oruc, 2-nə Əhya adı verilib Uşaqlara verilən adlar arasında Oruccan, Xurmayə, Mövlam kimi adlar da yer alıb
Sosial müdafiə
6 İyun , 2016 15:59
​Son beş ildə Azərbaycanda 496 uşağa Ramazan, 344-nə Oruc, 2-nə Əhya adı verilib

Bakı. 6 iyun. REPORT.AZ/ Son beş ildə Azərbaycanda 496 oğlan uşağına Ramazan, bir uşağa Ramazanəli adı verilib.

"Report"un məlumatına görə, son beş ildə 344 oğlana Oruc, 28-nə Orucəli, 1 nəfərə Oruccan, 168 oğlana Qədir, 2-nə Qədirəli, 2-nə isə Qədirxan adları verilib.

Bu müddətdə doğulan 5 uşağa Mövlam adı qoyulub.

Bundan başqa, son beş ildə doğulan uşaqlara Allahqulu (10), Həsənqulu (2), Hüseynqulu (12), Amin (2562), Əhya (2), Xurma (9), Xurmayə (2), Noğul (4), Şəkər (40), Şəkərnaz (2) və s. adlar verilib.

Son xəbərlər

Orphus sistemi