Səlim Müslümov: "Qobustanda keçmiş məhkumların cəmiyyətə adaptasiyası üçün mərkəz tikilir"

Səlim Müslümov: "Qobustanda keçmiş məhkumların cəmiyyətə adaptasiyası üçün mərkəz tikilir" "Yaxın gələcəkdə müəssisənin açılışı olacaq"
Sosial müdafiə
16 İyun , 2016 11:57
Səlim Müslümov: Qobustanda keçmiş məhkumların cəmiyyətə adaptasiyası üçün mərkəz tikilir

Bakı. 16 iyun. REPORT.AZ/ “Hazırda Qobustan rayonunun mərkəzində penitensiar müəssisələrdə cəza çəkib çıxmış şəxslərin cəmiyyətə adaptasiya mərkəzi tikilir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, 50 yerlik mərkəz yaxın vaxtlarda istifadəyə veriləcək. S.Müslümov bildirib ki, peşə sahibi olmaq istəyənlər həmin mərkəzə yönəldiləcək: “Kimlərin getməyə yeri yoxdursa, yaxud cəmiyyətə tam inteqrasiya ola bilmirsə, o zaman həmin şəxslər mərkəzə gedib orada iki aylıq adaptasiya kursu keçə bilərlər”.

Son xəbərlər

Orphus sistemi