Samux və Qusar rayonlarında əmək yarmarkaları keçiriləcək

Samux və Qusar rayonlarında əmək yarmarkaları keçiriləcək İşsiz və işaxtaran vətəndaşlara iş təklif olunacaq
Sosial müdafiə
2 Sentyabr , 2015 15:12
Samux və Qusar rayonlarında əmək yarmarkaları keçiriləcək

Bakı. 2sentyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti sentyabrın 4-də Samux və Qusar rayonlarında əmək yarmarkaları keçirəcək.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Tədbirlər zamanı həmin rayonlarda fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Yarmarkalarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin təqdim edilməsi də nəzərdə tutulur. Həmçinin peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Cari ilin yanvar-avqust aylarında respublikanın rayon və şəhərlərində ümumilikdə 23 'mək yarmarkası keçirilib. Bu tədbirlər nəticəsində 1743 nəfərə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 180 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 78 nəfər ödənişli ictimai işlərə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi