Yuxarı
    Bağlamaq

    Samux və Qusar rayonlarında əmək yarmarkaları keçiriləcək

    İşsiz və işaxtaran vətəndaşlara iş təklif olunacaq

    Bakı. 2sentyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti sentyabrın 4-də Samux və Qusar rayonlarında əmək yarmarkaları keçirəcək.

    Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

    Tədbirlər zamanı həmin rayonlarda fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Yarmarkalarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin təqdim edilməsi də nəzərdə tutulur. Həmçinin peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

    Cari ilin yanvar-avqust aylarında respublikanın rayon və şəhərlərində ümumilikdə 23 'mək yarmarkası keçirilib. Bu tədbirlər nəticəsində 1743 nəfərə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 180 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 78 nəfər ödənişli ictimai işlərə cəlb edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi