Sağlamlıq imkanları məhdud olan şəxslərə əlil arabası verilib

Sağlamlıq imkanları məhdud olan şəxslərə əlil arabası verilib Əlil arabaları bölgələrdə yaşayan şəxslərə faktiki yaşadıqları ünvanlara aparılmaqla, şəxsən təqdim olunur
Sosial müdafiə
23 İyun , 2015 11:36
Sağlamlıq imkanları məhdud olan şəxslərə əlil arabası verilib

Bakı. 23 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu ilin ilk 6 ayında 928 nəfər əlilliyi olan şəxsi əlil arabası ilə təmin edib. Bu barədə "Report"a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, yaşadıqları rayonun (şəhərin) Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) əlil arabasının verilməsi barədə qərar qəbul etdiyi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqları ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzi əlil arabası ilə təmin edir. Müvafiq hallarda bölgələrdə yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara əlil arabaları həmin insanların faktiki yaşadıqları ünvanlara aparılmaqla, şəxsən təqdim olunur. Son günlərdə bu məqsədlə 20 ədəd əlil arabası xüsusi ayrılmış avtomaşınla Gəncə şəhəri və ətraf rayonlara göndərilib.

Son xəbərlər

Orphus sistemi