Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlərin 95,6 faizi sorğu xarakterli olub

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlərin 95,6 faizi sorğu xarakterli olub Fevral ayında nazirliyin 142 - “Çağrı mərkəzi”nə 18 072 müraciət daxil olub
Sosial müdafiə
2 Mart , 2016 21:11
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlərin 95,6 faizi sorğu xarakterli olub

Bakı. 2 mart. REPORT.AZ/ Bu ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -“Çağrı mərkəzi”nə 18 072 müraciət daxil olub. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, onlardan 95,6 faizində (17 287 müraciət) vətəndaşların nazirliyin fəaliyyət dairəsinə adi məsələlərlə əlaqədar sorğuları əksini tapıb.

Nazirliyin mütəxəsislərihər bir sorğu ilə bağlı vətəndaşlara aydın şəkildə və ətraflı izahatlar verib. Digər 785 müraciətdə rəy, təklif və şikayətlər ifadə olunub və həmin müraciətlər araşdırılmaq üçün müraciət vərəqi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib. Fevral ayında 142 - “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 8 658-i (47,9 faiz) sosial təminat, 2 099-u (11,6 faiz) əlilliyin müəyyən edilməsi və reabilitasiya, 3 016-sı (16,7 faiz) əmək qanunvericiliyi, 1 816-sı (10 faiz) məşğulluq, 2 483-ü (13,7 faiz) isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə məsələlərini əhatə edib.

Ötən ay Nazirliyin elektron xidmətlərindən istifadə məsələləri ilə əlaqədar 142 - “Çağrı mərkəzi”nə edilən müraciətlərin sayında əvvəlki yanvar ayı ilə müqayisədə 13,5 faiz artım qeydə alınıb ki, bu da həmin e-xidmətlərdən faydalanmaq istəyənlərin sayının getdikcə artdığını göstərir.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında 142 - “Çağrı mərkəzi” vətəndaşların 31,5 mindən çox müraciətinin cavablandırılması təmin edib. 

Son xəbərlər

Orphus sistemi