Nikah üçün tələb olunan tibbi arayışı "ASAN xidmət" mərkəzi verəcək

Nikah üçün tələb olunan tibbi arayışı "ASAN xidmət" mərkəzi verəcək Yalnız "ASAN xidmət" mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər
Sosial müdafiə
4 Avqust , 2015 11:19
Nikah üçün tələb olunan tibbi arayışı ASAN xidmət mərkəzi verəcək

Bakı. 4 avqust. REPORT.AZ/ Nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər. Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Xatırladaq ki, arayışın əldə edilməsi üçün zəruri olan sənədlər aşağıdakılardır:

- Nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;

- Nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti.

Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir.

Qeyd edək ki, yalnız "ASAN xidmət" mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.

Son xəbərlər

Orphus sistemi