Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qəbula gələnlərin sayı azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qəbula gələnlərin sayı azalıb Müraciət edənlərin 53 nəfəri nazir tərəfindən qəbul edilib
Sosial müdafiə
10 Aprel , 2015 10:44
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qəbula gələnlərin sayı azalıb

Bakı. 10 aprel. REPORT.AZ/ Cari ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) qəbula gələn vətəndaşların sayı 2 256 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 288 nəfər (36,6%) azdır. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bundan başqa, nazirliyə qəbula gələnlərin sayı ötən ilin müvafiq ayları ilə müqayisədə cari ilin yanvar ayında 6,5%, fevral ayında 48,7 %, mart ayında 45,7% azalıb. Müraciət edənlərin 53 nəfəri nazir, 70 nəfəri nazir müavinləri və aparat rəhbəri, digərləri nazirliyin aidiyyəti məsul şəxsləri tərəfindən qəbul edilib. 

Eyni zamanda, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin yanvar-mart aylarında respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafiklərinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən Abşeron, Masallı və Sabirabad rayonlarında 13 rayon və şəhər üzrə ümumilikdə 92 vətəndaş qəbul edilərək müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi