Nazirliyin elektron xidmətlərindən son 6 ayda 1 093 672 dəfə istifadə olunub

Nazirliyin elektron xidmətlərindən son 6 ayda 1 093 672 dəfə istifadə olunub İyun ayında ƏƏSMN-in “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi e-xidmətlərdən 157 712 dəfə istifadə olunub
Sosial müdafiə
10 İyul , 2015 10:33
Nazirliyin elektron xidmətlərindən son 6 ayda 1 093 672 dəfə istifadə olunub

Bakı. 10 iyul. REPORT.AZ/ Bu ilin iyun ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi e-xidmətlərdən 157 712 dəfə istifadə olunub. 

"Report" xəbər verir ki, məlumatı nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb. 

Bildirilib ki, o cümlədən, nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 103 977 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 38 523 dəfə, “İş yerinə dair arayış” e-xidmətindən isə 13 430 dəfə istifadə olunub. Əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında olan bu üç e-xidmətdən 2015-ci ilin 6 ayı ərzində müvafiq olaraq 737 372 dəfə, 271 827 dəfə və 69 585 dəfə istifadə edilib.

Ümumilikdə bu ilin 6 ayı ərzində əhali ƏƏSMN-in “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi bütün e-xidmətlərdən 1 093 672 dəfə yararlanıb ki, bu da portaldan ümumi istifadə sayının (6 059 951 istifadə halı) 18 faizindən çoxunu təşkil edir.

Son xəbərlər

Orphus sistemi