Nazir müavini: "ƏƏSMN xidmətlərin 90 faizinin rəqəmsallaşdırılmasına nail olub"

Nazir müavini: "ƏƏSMN xidmətlərin 90 faizinin rəqəmsallaşdırılmasına nail olub" "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xidmətlərin 90 faizinin rəqəmsallaşdırılmasına nail olub".
Sosial müdafiə
14 İyun , 2023 12:23
Nazir müavini: ƏƏSMN xidmətlərin 90 faizinin rəqəmsallaşdırılmasına nail olub

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xidmətlərin 90 faizinin rəqəmsallaşdırılmasına nail olub".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov "ASAN xidmət” Azərbaycan – BƏƏ dövlət xidmətləri" mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib.

A.Kərimov bildirib ki, nazirliyin 20-yə yaxın altsistemi fəaliyyət göstərir: "Beş illik təcrübəyə əsaslanaraq deyə bilərəm ki, artıq altsistemdən üstsistemə keçirik. Nazirlik göstərilən xidmətlərin 90 faizinin rəqəmsallaşdırılmasına nail olunub. Pandemiya bizə çətinlik yaratsa da, rəqəmsallaşma üçün fürsət yarandı və onun miqyasının genişlənməsinə vəsilə oldu".

Son xəbərlər

Orphus sistemi