​MTN-in İstintaq Təcridxanasında saxlanılan şəxslərin zəng vurmaq və ailə üzvlərilə görüşmək hüququ təmin edilib

​MTN-in İstintaq Təcridxanasında saxlanılan şəxslərin zəng vurmaq və ailə üzvlərilə görüşmək hüququ təmin edilib “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqinə başlanılıb
Sosial müdafiə
10 Dekabr , 2015 12:24
​MTN-in İstintaq Təcridxanasında saxlanılan şəxslərin zəng vurmaq və ailə üzvlərilə görüşmək hüququ təmin edilib

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqinə real olaraq başlanılıb. “Report”un xəbərinə görə, bunu vəkil Cavad Cavadov bildirib.

Vəkil qeyd edib ki, bu, MTN rəhbərliyinin dəyişməsi ilə bağlıdır: “Artıq həbsdə saxlanılan şəxslər qanunun tələbinə görə zəng etmək hüququndan mütəmadi istifadə edirlər və ailələri ilə görüşmək hüququ təmin olunur. Bu təcridxananın hüquqi statusu məsələsini kənara qoysaq, bunu müsbət addım kimi dəyərləndirmək lazımdır. Çünki bu hüquqlar bu təcxridxanadan indiyə kimi təmin olunmurdu”.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı sərəncamla Eldar Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Prezidentin oktyabrın 20-də imzaladığı sərəncamla Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib. Hazırda milli təhlükəsizlik naziri vəzifəsini də M.Quliyev icra edir.

Son xəbərlər

Orphus sistemi