Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ümummilli lider
"Report" xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Tədbirdə Komitənin sədri Hicran Hüseynova, Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov,
Hicran Hüseynova bildirib ki, müsabiqənin əsas məqsədi Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikir və tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təşviq etmək, istedadlı jurnalistlərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır: "Hazırda qadınların ictimai fəaliyyəti artıb. Ölkədə 200-dən çox qadın təşkilatı fəaliyyət göstərir, çoxu qeyri-hökumət təşkilatdır. Jurnalistlərin qadınların hüquqlarının müdafiəsini əks etdirən məlumatları işıqlandırması çox vacibdir. Məqalələrin qaliblərini münsiflər heyəti seçib. Hər bir jurnalistə iştirak üçün təşəkkür edirik".
Tədbirin sonunda qaliblər mükafatlandırılıb.