İslam Həmrəyliyi Oyunlarının hazırlıq işlərinə fransalı mütəxəssislər cəlb oluna bilər

İslam Həmrəyliyi Oyunlarının hazırlıq işlərinə fransalı mütəxəssislər cəlb oluna bilər Nazir Azad Rəhimov Orelia Buşeni qəbul edib
Sosial müdafiə
17 Mart , 2016 12:06
İslam Həmrəyliyi Oyunlarının hazırlıq işlərinə fransalı mütəxəssislər cəlb oluna bilər

Bakı. 17 mart. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Fransanın Azərbaycandakı səfiri Orelia Buşeni qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı gənclər və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. 

Tərəflər hər iki sahəyə məsul şəxslərin görüşlərinin faydalı olduğunu diqqətə çatdırıblar. Nazir "Bakı 2015" I Avropa Oyunları zamanı hazırlıq işlərinə Frasanın bir sıra şirkət və mütəxəssislərinin cəlb olunduqlarını qeyd edib. Nazir eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının hazırlıq işlərinə də fransalı mütəxəssislərin cəlb olunmasının mümkünlüyünü vurğulayıb.

Xanım səfir öz növbəsində hər iki ölkə arasında gənclər sahəsində regionlararası münasibətlərin qurulmasının vacibliyini bildirib.

Son xəbərlər

Orphus sistemi