Keçən ​ay istehsalatla əlaqəli baş vermiş bədbəxt hadisələrin sayı açıqlanıb

Keçən ​ay istehsalatla əlaqəli baş vermiş bədbəxt hadisələrin sayı açıqlanıb Xəsarət alanların sayı 50 faiz azalmaqla 10 nəfər təşkil edib
Sosial müdafiə
17 Fevral , 2015 11:06
Keçən ​ay istehsalatla əlaqəli baş vermiş bədbəxt hadisələrin sayı açıqlanıb

Bakı. 17 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin yanvar ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında azalma olub. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, ötən ay DƏMX tərəfindən qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin yanvar ayı ilə müqayisədə 28,5 faiz azalaraq 15-ə enib. Eyni zamanda, istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı 50 faiz azalmaqla 10 nəfər təşkil edib. Ötən ilin yanvar ayında istehsalatla əlaqəli qrup halında 4 bədbəxt hadisə baş verdiyi halda, bu ilin yanvar ayında ümumiyyətlə belə hadisə qeydə alınmayıb. 

DƏMX istehsalatla əlaqəli baş vermiş hər bir bədbəxt hadisə ilə bağlı müvafiq qaydada təhqiqat işləri apararaq konkret tədbirlər görüb. 

Son xəbərlər

Orphus sistemi