İdris İsayev: "Ümumilikdə 3 milyon 600 min nəfərə verilən sosial ödənişlərin artırılması nəzərdə tutulub"

İdris İsayev: "Ümumilikdə 3 milyon 600 min nəfərə verilən sosial ödənişlərin artırılması nəzərdə tutulub" "Artımın maliyyələşdirilməsinə ilin sonunadək 140,8 milyon manat əlavə büdcə vəsaiti sərf olunacaq"
Sosial müdafiə
18 Yanvar , 2016 11:33
İdris İsayev: Ümumilikdə 3 milyon 600 min nəfərə verilən sosial ödənişlərin artırılması nəzərdə tutulub

Bakı. 18 yanvar. REPORT.AZ/ "Yaxın günlərdə sosial ödənişlərin, o cümlədən əmək haqlarının artırılması barədə ardıcıl şəkildə müvafiq fərman və sərəncamların imzalanması, qərarların qəbul olunması, nəticə etibarilə ümumilikdə 3 milyon 600 min nəfəri əhatə edən sosial ödənişlərin artırılması nəzərdə tutulub". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, birinci qrup əlillərin pensiyalarına da daha əhəmiyyətli dərəcədə artımlar ediləcək: "Artımın maliyyələşdirilməsinə ilin sonunadək 140,8 milyon manat əlavə büdcə vəsaiti sərf olunacaq. Bu sərəncamla 1 mln. 271 min nəfər əmək pensiyaçısının pensiyasının baza hissəsi və ona qanunvericiliklə müəyyən edilən əlavələr 10 faiz artırılacaq".

Son xəbərlər

Orphus sistemi