Elman Mehdiyev: "I Avropa Oyunlarına görə pensiyalar vaxtından əvvəl verilib"

Elman Mehdiyev: "I Avropa Oyunlarına görə pensiyalar vaxtından əvvəl verilib" Azərbaycanın regionlarında isə maliyyələşmə bu gün tamamlanacaq
Sosial müdafiə
10 İyun , 2015 13:57
Elman Mehdiyev: I Avropa Oyunlarına görə pensiyalar vaxtından əvvəl verilib

Bakı. 10 iyun. REPORT.AZ/ "İyunun 12-də Bakıda başlayacaq I Avropa Oyunlarına görə Bakı, Sumqayıt və Abşeronda pensiyaların verilməsi vaxtından əvvəl başa çatdırılıb". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib. 

Onun sözlərinə görə, Azərbaycanın digər rayon və şəhərlərində pensiyaların verilməsi bu gün başa çatdırılacaq: "I Avropa Oyunları ilə bağlı Azərbaycana dünyanın müxtəlif ölkələrindən qonaqlar gələcək. Oyunlar dövründə bankomatların qarşısında hər hansı sıxlığın yaranma ehtimallarının qarşısını almaq üçün DSMF Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilməsini ayın 1-i və 2-də tam yekunlaşdırıb. Pensiyaçılar pullarını ayın ilk 5 günü ərzində tam olaraq alıblar". 

Son xəbərlər

Orphus sistemi