Gəncədə əmək yarmarkası keçiriləcək

Gəncədə əmək yarmarkası keçiriləcək Yarmarkada 60-a yaxın müəssisə üzrə 380-dək boş iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək
Sosial müdafiə
16 Noyabr , 2015 11:39
Gəncədə əmək yarmarkası keçiriləcək

Bakı. 16 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Gəncə şəhərində əmək yarmarkası keçirəcək. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, əmək yarmarkası noyabrın 18-də baş tutacaq.

İlkin məlumata görə, yarmarkada 60-a yaxın müəssisə üzrə 380-dək boş iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirdə, həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin olunması üçün ayrı-ayrı müəssisələr üzrə kvota üzrə müəyyən edilmiş iş yerləri də təqdim olunacaq. Boş iş yeri təqdim olunan müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi aktiv məşğulluq tədbirində əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslər qeydiyyata götürüləcək.

Qeyd edək ki, bu ilin ötən dövründə şəhər və rayonlarda ümumilikdə 55 əmək yarmarkası keçirilib.

Son xəbərlər

Orphus sistemi