Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə edənlərin sayı artıb İstifadə sayı mart ayı ilə müqayisədə 21,5 faiz çoxalıb
Sosial müdafiə
3 May , 2016 10:20
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

Bakı. 3 may. REPORT.AZ/ Aprel ayında vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 637674 dəfə faydalanıblar ki, bu da həmin dövrdə "E-hökumət" portalı üzrə ümumi istifadənin 33 faizə qədərini təşkil edib.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Ötən ay əhali nazirliyin “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidmətindən 223012 dəfə, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 185006 dəfə, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən 43533 dəfə, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən 42216 dəfə yararlanıblar.

Ümumilikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə təqdim olunan 25 e-xidmətdən 50 faizə yaxını bu gün ən çox müraciət edilən e-xidmətlər sırasındadırlar.

Qeyd edək ki, aprel ayında mart ayı ilə müqayisədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə sayı 21,5 faiz çoxalıb.

Son xəbərlər

Orphus sistemi